F-1.az xatırladır ki, Red Bull sərbəst yürüşlərdə güclü təsir bağışlayırdı və sıralanma turunun aşkar favoriti idi. Lakin Ferstappen üçüncü, Peres isə yeddinci ola bildilər.
Sıralanma turunun son sessiyasının son dəqiqələrində Tsunoda qəza etdi və qırmızı bayraqlar çıxdı. Belə olan halda isə əksər sürücülər ikinci cəhdlərindən istifadə edə bilmədilər. Serxio Peres də bu sürücülərdən biri idi.
Serxio Peres: “Bizim üçün məyusedici gündür. Gözəl dövrə vururdum. Dördüncü döngədə öz nəticəmi 0.2 saniyə qabaqlayırdım və sonra külək əsdi və mən kilidləndim. Beləliklə, dövrəm məhv oldu. Həftəsonu ərzində çox güclü olsaq da, vacib məqamda faciə yaşadıq. Sıralanma turunun son sessiyası çox pis oldu. Bir az əsəbiyəm, çünki ilk cərgəni tuta bilərdik. Sabah yarış tempimiz yaxşı olacaq”.