F-1.az xatırladır ki, meksikalı sürücü yarışa beşinci yerdən başlasa da, yarış ərzində yaxşı performans göstərib və tras üzrəində Xorx Rassell, Şarl Lekler və Karlos Saysnı keçərək, yarışı ikinci yerdə bitirib. Beləliklə, meksikalı sürücü son 5 yarışda 4-cü podiumunu əldə edib və çempionatdakı ikinciliyini daha da bərkidib.
Serxio Peres: “Bu gün üçün maksimum nəticə qazandıq. Ötmə etmək çox çətin idi. Düşündüyümüzdən dah çətin iid. Məncə, düzlük sürətinə görə bir az geridə qalırdıq. Parabolikadan yaxşı çıxsaq da, yenə də bəs eləmirdi.
Şarlı və Karlosu keçmək çox dəkisov oldu, çünki təkrəlrəimi həddindən artıq çox yükləməli oldum. Sözün açığı, ilk dövrələrdə düşünürdüm ki, Şarla yaxınlaşa bilmərəm, çünki DRS qatarına düşmüşdük. Sonda isə iki Ferrari-ni də keçə bildik.
Son həftələrdə çox inkişaf etmişik. Boliddə özümü daha yaxşı hiss edirəm. Ümid edirəm ki, növbəti yarışda da ən yaxşı tərəfimizi göstərə bilərik”.