S.Peres: “İdeal gün deyildi”

Sıralanma turunda 9-cu olan Serxio Peres bildirib ki, sessiya onun üçün ideal keçməyib.

F-1.az xatırladır ki, meksikalı sürücü Rusiya Qran Prisinin sıralanma turunda sabiq komanda yoldaşı Hülkenberqdən geri qalsa da, hazırkı komanda yoldaşı Okonu qabaqlaya bilib.

Serxio Peres: “Sıralanma turu mənim üçün ideal keçmədi, amma iki bolidlə də son sessiyaya qaldığımız üçün sevincliyik. Heyif ki, qüsursuz bir dövrə vura bilmədim və elə hiss edirəm ki, masada nəyisə unutmuşam. Niko ilə aramızdakı fərq az olduğu üçün səhvlərin önəmi artır. Burada təkərləri işlətmək çox çətindir. Trasdakı şərait hər saat dəyişdiyi üçün doğru sazlanmaları tapa bilmədik. Yarışda ikinci döngəyə girmək çox vacİb olacaq. Problemsiz yarış keçirsək, yaxşı tempə sahib olacağımızı düşünürəm. Ümid edirəm ki, yaxşı start alarıq”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*