F-1.az xatırladır ki, cümə günü Çində hava pis olduğu üçün sürücülər cəmi 15 dəqiqə işləmişdilər. Buna baxmayaraq, Peres bu vəziyyətdən maksimum istifadə edərək sıralanma turunda 8-ci yeri tutub: “Bugünkü nəticədən çox razıyam. Komandaların cümə günü işləyə bilməməsi də bizə kömək etdi. Hazırda orta qrupda rəqabətədavamlı bolidə sahib deyilik. Bəzi komandalar bizdən öndədirlər və tez bir zamanda inkişaf etməsək, sonra bizə çətin olacaq. Amma indiyə qədər şans faktoru bizimlədir.
Əgər sabahkı yarışda yağış yağsa, bizim xeyrimizə olacaq. Yağış təkərlərini əvvəllər istifadə etməsək də, vəziyyət bütün komandalarda eynidir və buna görə üstünlük qazana bilərik”.