F-1.az xatırladır ki, Force İndia komandası növbəti dəfə hər iki sürücüsü ilə xal alıb və 4-cü yerdəki mövqeyini möhkəmləndirib.
Serxio Peres: “Artıq səviyyəni qaldırmalıyıq. Red Bull çətin hədəfdir, amma orta qrupdakı iddiamızı göstərdik. Yarışda bəxtimizin də köməyi ilə əla nəticə qazandıq. Öndəki qarışıqlıqdan ən yaxşı şəkildə istifadə edib yarışa nəzarət etdik. Hər yarışda problemlərdən qaçaraq öz işimizə fokuslanırıq. Buna görə də sürətli olmadığımız halda yüksək nəticələr qazanırıq. İndi növbəti yarış üçün hazırlaşmalıyıq”.