S.Peres: “Hard təkərlər fotoqraflar üçündür”

Force İndia komandasının sürücüsü Serxio Peres bildirib ki, İspaniya yarışı üçün gətirilən Hard təkərlər ancaq fotoqraflara əla görüntülər tutmaq üçün faydalı olacaq.

F-1.az xatırladır ki, reqlament dəyişikliyinə görə komandalar mövsümün ilk 5 yarışında istifadə edəcəkləri təkər dəstlərinin sayını seçməkdən azad olunmuşdular. Mövsümdə sonuncu dəfə dəst seçimini Pirelli reallaşdırıb və hər bir sürücüyə İspaniyada 2 dəst Hard, 4 dəst Medium və 7 dəst Soft veriləcək. Ehtimal olunan strategiya yarışda iki pit-stopun keçirilməsidir…

Serxio Peres: “Hard təkərlər əsasən fotoqraflar üçün yaxşı olacaq. Onu istifadə edə bilmərik. Burada asfalt daha cod və aqressiv olduğu üçün Rusiyadan fərqlənir. Temperatur daha yüksəkdir. Buna görə də Medium təkərlər bəlkə işləyə bilər. Amma bu mövzuda çox bəlkələr var. Mən ən azı SuperSoft təkərləri seçərdim. Burada UltraSoft təkərlərlə də yarışa bilərik”.

Haas komandasının sürücüsü Roman Qrojan da bu fikirlə razıdır: “Qış testlərində UltraSoft təkərlərdən istifadə etdik və onlar pis deyildi. Fettel UltraSoft təkərlərlə 25 dövrə vurmuşdu. Buna görə də SuperSoft, Soft və Medium təkərləri seçmək olardı. Əlavə olaraq təkər təzyiqləri də yüksəkdir”.

, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*