F-1.az xatırladır ki, azarkeşlər son üç yarışda çox darıxdırıcı yarışlar izləyiblər.
Serxio Peres: “Monako və Kanada Qran Prilərində yarışın nəticəsi sıralanma turunda bilindi və bu cür hallar Formula1 üçün yaxşı deyil. Bunu Monako yarışında gözləyirdik. Lakin Monrealdakı yarışda da vəziyyət eyni olaraq qaldı. Ötmələrin niyə çətinləşdiyini anlamıram. Halo bolidlərin çəkisini artırır və ötmə üçün sürət fərqi çox olmalıdır. Pirelli isə yarışların daha maraqlı olması üçün heç nə etmir. Belə getsə, darıxıdırıcı yarışlar çox olacaq”.