F-1.az xatırladır ki, meksikalı sürücü mövsümün sonunda Racing Point ilə yollarını ayıracaq. Hazırda hər iki sürücüsündən də narazı olan Haas komandasının rəhbərliyi təcrübəli Çekonun xidmətində maraqlıdır.
İtaliya mətbuatının verdiyi xəbərə əsasən danışıqlar müsbət yöndə gedir. Qeyd edək ki, həm Maqnussenin, həm də Qrojanın müqaviləsi ilin sonunda başa çatacaq və komanda hər iki sürücünü dəyişmək istəyir. Haas komandasının rəhbəri Günter Ştayner 10 sürücü ilə danışıqlar apardıqlarını demişdi…