F-1.az bildirir ki, bu il 10 fərqli sürücü tamaşaçılar tərəfindən “Günün sürücüsü” adına layiq görülüb ki, Peres 4 dəfə ilə ən çox seçilən sürücü olub. Ən çox səs alaraq seçilən sürücü son yarışında 42.8% səs toplayan Rəykkönendir. Fettel isə Azərbaycanda ikinci olaraq azarkeşlərin 41.9%-nin rəğbətini qazanıb.
Yer | N | Sürücü | Say |
1 | 11 | Serxio Peres | 4 |
2 | 4 | Lando Norris | 3 |
3 | 33 | Maks Ferstappen | 3 |
4 | 44 | Lyuis Həmilton | 2 |
5 | 5 | Sebastyan Fettel | 2 |
6 | 16 | Şarl Lekler | 2 |
7 | 14 | Fernando Alonso | 2 |
8 | 3 | Daniel Rikkardo | 1 |
9 | 55 | Karlos Sayns | 1 |
10 | 7 | Kimi Rəykkönen | 1 |
Formula1 hər yarışın sonunda səsverməyə əsasən formalaşan ilk beşliyi təqdim edir. Mövsüm ərzində bu beşliyə 17 sürücü düşüb. Cəmi 4 nəfərin – Covinatsi, Şumaxer, Latifi və Strollun adı bu siyahıda mövsüm boyu heç olmayıb.
Yer | N | Sürücü | Say |
1 | 33 | Maks Ferstappen | 19 |
2 | 44 | Lyuis Həmilton | 17 |
3 | 11 | Serxio Peres | 15 |
4 | 4 | Lando Norris | 11 |
5 | 3 | Daniel Rikkardo | 7 |
6 | 16 | Şarl Lekler | 6 |
7 | 55 | Karlos Sayns | 6 |
8 | 10 | Pyer Qasli | 4 |
9 | 5 | Sebastyan Fettel | 3 |
10 | 14 | Fernando Alonso | 3 |
11 | 7 | Kimi Rəykkönen | 3 |
12 | 77 | Valtteri Bottas | 3 |
13 | 31 | Esteban Okon | 2 |
14 | 63 | Corc Rassell | 2 |
15 | 9 | Nikita Mazepin | 2 |
16 | 88 | Robert Kubitsa | 1 |
17 | 22 | Yuki Tsunoda | 1 |
Qeyd edək ki, TM arxasında bir neçə dövrə vurularaq başa çatdırılan Belçika Qran Prisində bu sorğu keçirilməyib.