S.Peres: Güclü maşınım olanda…

Racing Point komandasının sürücüsü Serxio Peres bildirib ki, güclü maşına sahib olduğu mövsümdə koronavirus hər şeyi məhv edib.

F-1.az xatırladır ki, Racing Point qış testlərində güclü performans göstərmiş və ilk üç komandaya yaxınlaşmışdı. Kanada təmsilçisinin builki maşını Mercedes-in keçənilki bolidinə bənzəyirdi.Buna görə də Renault və McLaren kanadalıları şikayət etməyə hazırlaşırdılar. Ancaq koronavirusa görə ilk 7 yarış ya ləğv olunub ya da təxirə salınıb. Digər yarışların da baş tutub-tutmaması müəmmalıdır.

Serxio Peres: “Belə güclü maşınım olduğu bir ildə… Vəziyyət düşündüyümüzdən daha pisdir. İtaliyada lap pisdir. Xəstəxanalarda yer yoxdur.

Builki bolidimiz ön qrupdakılardan bir az zəif olsa da, güclüdür. Orta qrupda hamı bir-birinə yaxındır. Qələbə qazanmağımız üçün öndəki üç komanda problem yaşamalıdır. Görək nə olur. Böyük ehtimalla fərqi azaltmışıq. Ancaq koronavirus hər şeyi məhv etdi”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*