S.Peres güc qurğusunu dəyişib

Red Bull komandasının sürücüsü Serxio Peres sıralanma turundan əvvəl güc qurğusunu dəyişib. Lakin o, cərimələnməyib.

F-1.az xatırladır ki, meksikalı sürücü İtaliyada üçüncü sərst yürüşlərin son dəqiqələrində güc qurğusu problemi yaşayıb və sessiyanı vaxtından əvvəl dayandırıb. Buna görə də trasın ən sürətli vaxtlarından faydalana bilməyib.

Komanda üçüncü sessiya bitmədən işləməyə başlayıb və Peresin maşınının motor qapağını və altlığını tamamilə söküb.

Sıralanma turundan bir qədər əvvəl gələn xəbərdə isə bildirilib ki, Peresin maşınında yağ sızıntısı olub və buna görə də maşında güc qurğusu dəyişdirilib.

Lakin komanda meksikalını sürücünü işlənmiş motorlardan birinə keçirib və buna görə də Çekoya heç bir cəza gəlməyəcək.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*