F-1.az xatırladır ki, yeni mövsümdən etibarən təkərlərin eninin 25 faiz artması ilə asfaltayatma qüvvəsinin çoxalması gözlənilir.
Peres bildirib ki, yeni bolidə tez öyrəşmək üçün qışda çox işləyib: “Fiziki hazırlığa tez başlamalı oldum. Yeni bolidlər çox sürətli olacaq və buna görə də özümü GP2-dən Formula1-ə keçmiş kimi hiss edirəm. Artıq bolidlər sürücülərdən daha çox şey tələb edəcək. Yarışlarda yüklənmlər yüksək olacaq və buna görə də çox işlədim. Güclü olmalıyam. Buna görə də idman etdim, velosiped sürdüm, qaçdım və bir çox şey etdim.
Bu cür stabil komandada olduğum üçün özümü yaxşı hiss edirəm. Ümid edirəm ki, yaxşı mövsüm keçirərik”.