F-1.az xatırladır ki, gələn ildən Formula1-in texniki reqlamentində ciddi dəyişikliklər olacaq. Bundan sonra bolidlərin daha çox asfalta yatma qüvvəsinə sahib olması və dövrə başına 5 saniyə sürətlənməsi gözlənilir.
Serxio Peres: “Gələn ildən etibarən yeni qaydalara öyrəşməliyik. Bolidlərin sürətlənməsi o demək deyil ki, yarışlarda həyəcan artacaq. Sözün açığı, ötmə etmək əvvəlki illərə nisbətən çətinləşə bilər”.
Peresin adı Renault ilə hallansa da, meksikalı Force İndia komandasına üstünlük verib.
Serxio Peres: “Bu fərqli seçim idi. Çünki Renault zavod komandasıdır. Bunu unutmayaq ki, Force İndia hazırda çempionatda 4-cü yerdədir. Renault ilə müqavilə imzalasaydım, irəli getməzdim. Force İndia isə mənim karyeram üçün vacib komandadır. Burada məni sevirlər və inkişafıma kömək edirlər. Buna görə də, qərarımdan razıyam”.