S.Peres: “Ferstappenin problemi var”

Force İndia komandasının sürücüsü Serxio Peres bildirib ki, Maks Ferstappenin problemləri var.

F-1.az xatırladır ki, hollandiyalı sürücü Avstraliya yarışında yerində fırlanaraq geriyə düşmüşdü. Daha sonra Bəhreyn və Çin yarışlarında müvafiq olaraq Həmilton və Fettellə insidentlər yaşamışdı. Sonuncu Bakı yarışında isə komanda yoldaşı Daniel Rikkardo ilə toqquşmuşdu.

Serxio Peres: “McLaren komandası mənim karyerama çox zərər verdi. Etibarım zədələnmişdi, çünki hamı Battonun məni məğlub etdiyini deyirdi. Mən də çox səhv etdim və bunu qəbul etməliyəm. Çox səbirsiz idim və yaxşı nəticə almaq istəyirdim. Deyəsən, Maks da eyni halla qarşılaşıb və səhvlərinin səbəbi budur. Bolid gözlədiyi kimi güclü deyil və Çin kimi qazana biləcəyi yarışda geridə qalması ona pis təsir etdi. Lakin əminəm ki, Maks çox ağıllı sürücüdür. Problemlərinin nə olduğunu bilir və bunlardan dərs çıxarmalıdır. Əgər yarışda Maks arxanızca gəlirsə, hər bir hadisə baş verə bilər. Tezliklə özünə gələcəyinə əminəm”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*