S.Peres: “Ferstappenin müdafiəsinə aydınlıq gətirilməlidir”

Force İndia komandasının sürücüsü Serxio Peres Macarıstanda Ferstappenin Rəykkönenə qarşı etdiyi müdafiəni dəyərləndirib...

F-1.az xatırladır ki, Ferstappen Rəykkönen ilə mübarizədə iki dəfə yerini dəyişdirmişdi, amma buna baxmayaraq stüardlar bu hadisə ilə bağlı heç bir araşdırma aparmamışdılar.

Peres bu müdafiənin təhlükəli olduğunu bildirib: “Ferstappen bir az həddini aşdı. Xüsusən də, əylənmə nöqtəsində olması çox təhlükəli idi. Bəzən sürücülər yerlərini qorumaq üçün son ana qədər mübarizə aparırlar. Heç kim müdafiə olunmadan təslim olmaq istəmir. Amma işin təhlükəsizlik tərəfini də düşünmək lazımdır. Xüsusən də son vaxtlarda stüardlar qaydalar barədə stabil deyillər. Hər yarış qaydaları başqa cür tətbiq edirlər. Biz bu mövzulara aydınlıq gətirilməsini istəyirik. Əylənmə zonasında yer dəyişdirmək təhlükəli qəzalar əmələ gətirə bilər. Ümid edirəm ki, bundan sonrakı yarışlarda daha ədalətli rəqabət görərik”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*