F-1.az xatırladır ki, meksikalı sürücü yarışa ikinci yerdən, komanda yoldaşı Ferstappen isə 14-cü yerdən başlayıb. Yekunda Peres ikinci olsa da, özündən 12 pillə geridə başlayan Ferstappendən 15 saniyə geridə qalıb.
Serxio Peres: “Bu gün daha yaxşı nəticəyə ümid edirdim. Yaxşı fürsətim olsa da, Maks uçurdu.
Məncə, bu gün başqa planetdə idi və əlçatmaz idi. Soft təkərlər tez yeyilsə də, əla sürdü.
Komanda olaraq maksimum xal qazandıq və bu vacibdir. Artıq növbəti yarışlara baxırıq.
İlk dövrədə xaos var idi və pis başladım. Bir neçə yer itirdim. Daha sonra beşinci döngədə yerimi qaytardım. Daha sonra hər şey qaydasında getdi”.