S.Peres: “Ferstappen fürsətlərdən istifadə etməlidir…”

Force İndia komandasının pilotu Serxio Peres Toro Rosso-nun gənc istedadı Maks Ferstappenə bəzi məsləhətlər verib...

F-1.az xəbər verir ki, keçən il 17 yaşında F1-də debüt edən Maks parlaq çıxışı ilə diqqəti cəlb etmişdi. Xüsusilə də, ötmələri ilə fərqlənən hollandiyalı pilot, mövsümün sonunda FİA tərəfindən 3 nominasiyada mükafatlandırılmışdı.

Peres onun haqqında bunları deyib: “Maks növbəti illərdə daha güclü olacaq. Yarışdan-yarışa inkişaf edəcək. Amma onun karyerası qabağına çıxacaq fürsətlərdən də asılıdır. Pilotların karyerasında çox dəyişiklik olur. O, çox güclü komandada olacaqmı bilmirəm, amma əlindən gələnin ən yaxşısını etməli, qabağına çıxan fürsətlərdən ən yaxşı şəkildə istifadə etməlidir…”

Qeyd edək ki, Maks Ferstappen ən gənc yarışa çıxan və xal qazanan pilotdur.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*