F-1.az xəbər verir ki, Peres Ciddədə hər şeyin fərqli olacağını və Ferrari-nin onlarla rəqabət apara biləcəyini düşünür.
Serxio Peres: “Keçən il Ciddədəki yarışa pouldan başladım, və bu, həftəsonu üçün mənə inam verir. Amma hər il vəziyyət dəyişir – bizim fərqli maşınımız, fərqli təkərlərimiz var, trasın özü də bir qədər dəyişib. Simulyatorda trasdakı yenilənmələrini yüksək qiymətləndirdim, amma hələ daha dəqiq sürərkən biləcəm. Formula1-də keçmişdə nəyə nail olmağın əhəmiyyəti yoxdur – hər il sizi yeni şeylər gözləyir.
Trası bəyənirəm – xüsusilə təsnifat mərhələsində kifayət qədər çətindir. Lakin ümid edirəm ki, şənbə günü yaxşı sessiya keçirəcəyik. Çünki Ciddədə start mövqeyi çox vacibdir. Bu trasda maşından Bəhreyndəkindən fərqli xüsusiyyətlər tələb olunur. Təkərlərin aşınması o qədər də pis deyil, ona görə də düşünürük ki, Ferrari bu həftəsonu daha yaxşı çıxış edəcək və Mercedes fərqi aradan qaldırmalıdır.
Bəhreyndə bizim əsas gücümüz təkəri yaxşı idarə etmək idi, amma burada hər şey fərqlidir. Ciddə trasının maşından tələbləri tamam başqadır”.