F-1.az xatırladır ki, meksikalı sürücü Əbu Dabidəki cümə sərbəst yürüşlərində 5-ci olub. Lakin o, uzun müddət yarış tempində işləyib.
Serxio Peres: “Trasın keçən ilə nisbətən nə qədər təkmilləşdiyini bilmirəm. Sözün düzü, trasın indiki versiyaslnda sürmək daha yaxşıdır, amma yarışda necə olacaq bilmirəm.
İki maşınla fərqli sazlanmalar yoxladıq. Buna görə də sıralanma turu üçün ən yaxşı sazlanmanı seçə biləcəyik. Sıralanma turunda yaxşı nəticə üçün sonuncu sərbəst yürüşlərdə də öyrənməyə davam edəcəyik”.