F-1.az xatırladır ki, meksikalı sürücü Bakıdakı sprint yarışında qalib gəlməklə, karyerasındakı ilk sprint qələbəsini əldə edib. O, ikinci başladığı yarışda Lekleri DRS ilə keçərək, qələbəyə sevinib.
Serxio Peres: “Çətin keçən sessiyalardan sonra yaxşı nəticə idi. Pilotlatın, mexaniklərin, mühəndislərin və komandaların üzərində böyük təzyiq var idi. Buna görə də buradan maksimum xallarla ayrılmaq istəyirdik. Lakin əsas yarış sabahdır.
Sabah daha geridə ola bilərik. Tras şəraiti daha fərqli olacaq. Yaxşı dərs çıxardıq. Sabahkı mübarizə üçün üçüncü yer uğurlu olmasa da, əlimdən gələni edəcəm”.