F-1.az xatırladır ki, meksikalı pilot yarışa 9-cu yerdən başlasa da, öndə iki sürücünün mübarizəni dayandırması və gec pit-stopla yarışı 4-cü yerdə bitirib.
Serxio Peres: “Monakodakı nəticədən razıyam. Komandam üçün yaxşı gün idi. Mən də şənbə günü yaşadığım problemi minimuma endirdim.
Yarış tempim yaxşı olsa da, sıralanma tempində vaxta ehtiyacım var. Bu həftəsonu səhv addım atdıq və bolidi Maks kimi anlamadıq. Ümid edirəm ki, yarışda daha yaxşı olarıq. Bolidə öyrəşsəm, böyük addımlar atacam və çox xal toplayacam.
Nəticədən razıyam və Əbu Dabidə heç kim bu yarışı xatırlamayacaq. Podium almaq istəyərdim, ancaq əsas çempionatdakı vəziyyətdir. Landoya çox yaxın idim, amma burada ötmə etmək risklidir. Nəticədən razıyıq, çünki çempionatda liderik”.