F-1.az xatırladır ki, meksikalı sürücü keçən il 4-cü olaraq, karyerasının ən yaxşı nəticəsini əldə edib.
Serxio Peres: “Hazırda atılan hər dövrə və kilometr çox vacibdir. Bununla biz mövsümə yaxşı hazırlaşa bilərik. Aerodinamika üzərində çox işləmişik. Çox test edirik və hər dövrə özümü daha yaxşı hiss edirəm. Hər şey keçənilkindən fərqlidir. Maşınlar ağırdır və bunu əylənmə zamanı hiss edirik. Görək yeni reqlament idmana nə gətirəcək. Ümid edirəm ki, yarışlar daha maraqlı olar.
Sprint yarışları keçən il elə də maraq qatmadı. Bəlkə də, yeni reqlament hər şeyi daha maraqlı edər. Keçən il çox şey öyrəndim və təkmilləşdim. Təcrübəm ən yaxşı tərəfimdir.
Red Bull-a təzə gələndə tələb böyük idi. Titul üçün mübarizə aparan komandada yarışmaq asan deyildi. Bəzən çox çətin idi, çünki bolidə tam olaraq öyrəşə bilmədim. Bu il Formula1-də ən yaxşı mövsümümü keçirmək istəyirəm”.