S.Peres: “Ən sürətli komanda yoldaşını istəyirəm”

Serxio Peres bildirib ki, gələn mövsüm üçün ən sürətli komanda yoldaşı istəyir...

F-1.az xatırladır ki, Peresin komanda yoldaşı Niko Hülkenberq gələn ildən etibarən Renault-nun şərəfini qoruyacaq.

Peres isə istəyir ki, komanda almaniyalının əvəzinə ən sürətli sürücülərdən birini gətirsin: “Əminəm ki, komanda ən doğru qərarı verəcək. Bəlkə də sürətli sürücü olar və komanda oyunçusu olar. Əgər sizin komanda yoldaşınız çox geridə qalırsa, boliddən maksimumu ala bilmirsiniz. Çünki siz bilirsiniz ki, yaxşı bir dövrə vurmasanız belə, onu məğlub edəcəksiniz. Mənim üçün mümkün olan ən sürətli komanda yoldaşı ilə yarışmaq çox önəmlidir”.

Meksikalı sürücü bildirib ki, Hülkenberq yarışdığı ən güclü komanda yoldaşıdır: “Niko ilə 3 il işlədim və ondan çox şey öyrəndim. Təzə komanda yoldaşımdan da yeni şeylər öyrənmək istəyirəm.

Yarışda bir-birimizlə rəqabət aparmağımız komandanı inkişaf etdirir və bu fəlsəfə komanda üçün çox vacibdir. Komanda gücünə görə bir-birinə yaxın iki sürücüyə sahib olmalıdır. Komandaya ancaq bu, kömək edə bilər.

Niko indiyə kimi yarışdığım ən güclü komanda yoldaşım idi”.

Peres əlavə edib ki, Hülkenberqin qərarına təəccüblənməyib…

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*