F-1.az xatırladır ki, meksikalı sürücü sərbəst yürüşlərdə inamsız təsir bağışlasa da, sıralanma turunda 3-cü yeri tuta bilib.
Serxio Peres: “Özümüzə gəldik. Bütün həftəsonu ərzində bərbad vəziyyətdə idim. Çox problem yaşadım və böyük ehtimalla sıralanma turuna qədər ən pis həftəsonum idi. Ancaq özümüzə gəldik. Sabah əsas hədəfimiz “qırmızlar”ı məğlub etməkdir”.