S.Peres: Ən pis həftəsonlarımdan biri idi

Red Bull komandasının sürücüsü Serxio Peres bildirib ki, sıralanma turuna qədər ən pis həftəsonunu keçirirmiş.

F-1.az xatırladır ki, meksikalı sürücü Mayamidə qırmızı bayraqlarla bitən sıralanma turunda birinci olub və bugünkü yarışa pouldan başlayacaq.

Serxio Peres: “Məncə, sıralanma turuna qədər ən pis həftəsonum idi. Maksa və Ferrari-lərə uduzurdum və sonda hər şey daha yaxşı olmağa başladı. Vacib anda yaxşı dövrə vurduq.

Hər şeydə problem yaşayırdım. Dövrəni bir araya gətirə bilmirdim. Balans problemi yaşadığım həftəsonlarından biri idi. Maşına güvənə bilmirdim. Bu asfalt istiliyə qarşı həssasdır. Yenə də komandaya təşəkkür edirəm.

Mübarizədən həzz alıram. Komanda doğrudan da əla işlədi. Görək yarışda nə edirik. Pouldan başlamaq gözəl fürsətdir. İtiriləcək şeyləri olan bizik, amma trasdakı publikadan həzz almağa çalışacağıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*