F-1.az xəbər verir ki, Serxio hər nə qədər maşının performasından razı görünsə də, mövsümə nikbin baxsa da, proqnoz verməkdən ehtiyat edir.
Serxio Peres: “Nəhayət, ilk yarış həftəsi gəldi! Mübarizəyə qayıtdığım üçün şadam. Testlərdə RB19 yaxşı çıxış etdi, parametrlərdəki dəyişikliklərə yaxşı cavab verdi – indi sıralanma və yarışda onun davranışını qiymətləndirməyi səbirsizliklə gözləyirəm.
Testlər güc balansının real mənzərəsini vermir, onun sıralanma turundan sonra necə formalaşacağı maraqlıdır. Əminik ki, hazırda yaxşı formadayıq, lakin xallar yarış həftəsonunun nəticələrinə əsasən verilir. Mövsümə müsbət başlamaq və Bəhreyndə sabit işləmək istəyirəm”.