S.Peres: Əla geridönüş idi

Red Bull komandasının sürücüsü Serxio Peres bildirib ki, Silverstounda mükəmməl geridönüşlə ikinci yeri tutub.

F-1.az xatırladır ki, meksikalı sürücü yarışın startında Leklerlə təmas yaşayıb və ön qanadı qırılıb. Bundan sonra yarışın əvvəlində plansız pit-stop edən meksikalı sürücü peletonun arxasına düşüb. Lakin o, 4-cü pilləyə qədər yüksələ bilib. Yarışın sonuna 15 dövrə qalmış çıxan təhlükəsizlik maşını isə Çeko üçün göydəndüşmə olub. Pit-stopa gedib Soft təkərləri götürən Peres daha iki pillə yüksələrək, ikinci olub.

Serxio Peres: “Mükəmməl geridönüş idi. Təslim olmadıq və sona qədər var qüvvəmizlə yarışdıq. Daha sonra fürsətimiz oldu. Əvvəlcə Şarlla göəzl mübarizə apardıq. Daha sonra Lyuis önümüzə çıxdı və son dövrələr əfsanəvi idi. Gözəl mübarizə idi.

İlk dövrədə iki sürücü arasında sıxışdırıldım. Getməyə yerim yox idi. Şarl daxildə, Maks isə xaricdə idi. Ön qanadım çox pis zədələndi. Buna görə pitə gəlməli idim və sonuncu yerə düşdüm. Daha sonra vəziyyəti yaxşılaşdırdım”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*