F-1.az xatırladır ki, hindistanlılar son iki mövsümdə 4-cü yeri tuta biliblər. Lakin belə görünür ki, bu il işləri daha çətin olacaq. Çünki McLaren və Renault komandası mövsümöncəsi testlərdə güclü təsir bağışlayıblar. Pəddi Lou gəldikdən sonra fəlsəfəsini dəyişən Williams-dan da güclü performans gözlənilir.
Serxio Peres: “McLaren-ə fikir verməliyik. Renault da yaxşı inkişaf edib. İnanıram ki, biz də təkmilləşəcəyik. Orta qrupda çətin mübarizə olacaq. Ümid edirəm ki, ön qrupa yaxın olarıq”.