F-1.az xatırladır ki, Mayami 1950-ci illərdən sonra bu mövsüm yenidən təqvimə qayıdır. Yeni tras Mayami Qardensdə Hard Rok stadionunun ətrafında quraşdırılıb.
Red Bull komandası bu yaxınlarda Pereslə Mayamidə bir şouran tədbiri keçirmişdi. Lakin sonradan məlum olub ki, meksikalı sürücünün dəbilqəsi itdiyi üçün çəkiliş gözlənildiyi kimi alınmayıb.
Serxio Peres: “Sözün düzü bir nəfər dəbilqəmi oğurladı. Hələ də onu axtarıram. Harada olduğunu bilmirəm. Ümid edirəm ki, taparam”.