S.Peres: Darıxdırıcı yarış idi

Red Bull komandasının sürücüsü Serxio Peres bildirib ki, Montadakı sprint yarışı darıxdırıcı keçib.

F-1.az xatırladır ki, meksikalı sürücü yarışı başladığı kimi 9-cu yerdə bitirib. O, bugünkü yarışa Bottasın cəzası ilə 8-ci yerdən start verəcək.

Serxio Peres: “Düşünürdük ki, Soft təkərlər daha tez qızar və Təhlükəsizlik Maşını Soft təkərli bolidlərə kömək etdi. Onsuz da yarış qısa idi. Əlimizdən heç nə gəlmirdi. Qatarı izləək darıxdırıcı idi.

Ümid edirəm ki, yarışda strategiya ilə qabağa gedərik. Görək hansı təkəri seçirik. Qazana biləcəyimiz çox şey var”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*