F-1.az xatırladır ki, meksikalı sürücü Malayziya Qran Prisinin ilk gününü 8-ci yerdə bağlayıb.
Serxio Peres: “Birinci və ikinci sessiyalarda çox vaxt itirdiyimiz üçün ideal olmadı. Planlarımızı yerinə yetirə bilmədik və hazırlaşmaq mümkün olmadı. Bolidimizin tempi pis deyil. Balans mənim üçün yaxşı idi, amma həmişə daha yaxşısını edə bilərik”.