F-1.az xatırladır ki, meksikalı sürücü Avstriyadakı sıralanma turunda bu dəfə daha yaxşı nəticə göstərərək, 3-cü olub.
Serxio Peres: “Bu həftəsonu balansı tapmağa və bolidi tanımağa çalışdıq. Asan deyildi. Çox işlədik, özü də düşündüyünüzdən də çox. Lakin axırda yaxşı dövrə vura bildik. Yarışa gözəl yerdən başlayacağıq. Bolidimiz yarış tempində sıralanma tempinə nisbətən güclüdür”.