F-1.az xatırladır ki, meksikalı sürücü yarışın sonlarında yeni dəst təkərlərlə yüksəlməyə çalışarkən, Aleksander Elbonla təmas yaşayıb. 33 yaşlı sürücü körpünün çıxışında əyləcə gec və aqressiv formada basıb və Elbonun saydpoduna çırpılıb. Bu təmasdan sonra taylandlı sürücü az qala bariyerlərə çırpılacaqdı. O, yenə də çox vaxt itirib və gerilərə düşüb.
Peres bu təmasa görə stüardlar tərəfindən araşdırılırdı və araşdırma başa çatıb. Stüardlar gözlənildiy kimi Peresdə səhv tapıblar və ona 5 saniyəlik zaman cəzası veriblər.
Peres bu cəzaya baxmayaraq, yerini qorusa da, lisenziyasına bal yazılacaq. Bildiyiniz ki, sürücülər il ərzində 12 bala çatsalar, 1 yarışdan ixrac edilirlər.