S.Peres: Çempionluq şansını Avstriyada itirdim

F-1.az xəbər verir ki, bir neçə yarış çempionatda əsas favoritlərdən hesab olunan meksikalı sürücü nə vaxt çempionluq yarışından qopduğu barədə danışıb.

Serxio Peres: “Düşünürəm ki, Avstriya yarışı həlledici idi. Orada Rassell məni vurdu. O ana qədər titul üçün iddialılar arasında idim, amma bu qəza ciddi zərbə oldu. Bundan sonra daha bir neçə problemli yarış keçirdim. Bəzən yeniliklər sürücülərdən biri üçün daha sərfəli olur. Bizim maşınımızın inkişafı da Maksın xeyrinə oldu. Lakin biz nəyin baş verdiyini anlayırıq və düşünürəm ki, gələcəkdə belə hallaradn qaça biləcəyik”.

Xatırladaq ki, Serxio sona 2 yarış qalmış, çempionatda Şarl Lekleri 5 xal qabaqlayaraq ikinci yerdədir. Bu mövsüm qazandığı iki yarış şəhər traslarına təsadüf edir – o, Monako və Sinqapurun dar küçələrində hamıdan sürətli olub. Komanda yoldaşı Maks Ferstappen isə vaxtından xeyli əvvəl – Yaponiyada titulu rəsmiləşdirib…

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*