F-1.az xatırladır ki, meksikalı sürücü keçən bazar günü Sinqapurda qalib gələrək, həm uğursuzluğa son vermiş, həm də karyerasının 4-cü qələbəsini qazanmışdı.
Peres qələbə qazana bilmədiyi dövrlərdə mətbuat tərəfindən sərt formada tənqid edilirdi.
Serxio Peres: “Pis yarış keçirəndə ya da uğursuzluq zolağına düşəndə tənqid olunuram. Amma bu hər pilotun başına gələ bilər. Bəzən Cənubi Amerikalı sürücülərin daha çox tənqid edildiyini görürsünüz. Bir neçə pis yarışım olub. Bərbad mövsüm keçirmirəm. Eyni problemləri yaşayan başqa sürücülər olsa da, onlar haqda danışılmır. Bəzən belə hiss edirəm və karyeramda bunu çox yaşamışam. Lakin belə şeylər mənə motivasiya verir.
Bəzən ciddiyə alınmırsınız, bəzən də insanlar deyirlər ki, o meksikandır və tənbəlin biridir. Onlar elə düşünür ki, meksikalısınızsa, dünyada ən güclülərlə mübarizə apara bilməzsiniz. İlk illərimdə bunu daha çox hiss edirdim”.