S.Peres: “Bütün yarış limitlərdə idim”

Racing Point komandasının sürücüsü Serxio Peres bildirib ki, bütün yarış ərzində son həddə sürüb.

F-1.az xatırladır ki, meksikalı sürücü yarışa 5-ci yerdən başlayıb və startda Ferstappeni keçərək, 4-cü yerə yüksəlib. Lakin daha sonra bolidin tempi olmadığı üçün yarışı 6-cı yerdə bitirib.

Serxio Peres: “Məncə, yaxşı yarış oldu. Yarışa yaxşı başladım və Maksı keçdim. Amma onu arxamda tutmaq çətin idi. Ondan sonra əsas hədəfimiz yarışı bizdən daha sürətli olan McLaren-in önündə bitirmək idi. Mənimçün çətin yarış idi. Çünki son iki dövrəni çıxmaq şərti ilə bütün yarışı son həddə sürdüm. Xüsusən də, ilk pit-stopa qədər təkərləri qızdıra bilmirdim. Bütün bunlara baxmayaraq, xal ala bildim. İki həftədən sonra Barselona yarışı var və bizimçün çox vacibdir. Bu trasda bolidin potensialını öyrənəcəyik. Yeni detallarla daha güclü olacağıq”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*