F-1.az xatırladır ki, Barselonadakı qış testlərində maşınların sürətləri daha da yaxşılaşmışdı. Lakin koronavirus pandemiyasına görə mövsümün ilk 9 yarışı ya təxirə salınıb, ya da ləğv olunub.
Serxio Peres: “Yarışlar başlayanda bütün rekordları qıracağıq. Formula1 tarixinin ən sürətli maşınlarını sürürük. Sürətli döngələrdəki sürətimiz həddən artıq çox olur. Keçmişdəki maşınlarla müqayisə etmək belə yersizdir. Sıralanma turu nəticələri hamını təəccübləndirəcək. Bu maşınlar çox güclüdürlər”.