F-1.az xatırladır ki, meksikalı sürücü startda Alonsonun gerisinə düşsə də, daha sonra rəqibini keçib və yarışın sonuna qədər liderliyi əldən verməyib.
Serxio Peres: “Yarış gözlədiyimizdən çətin keçdi. Yarışın əvvəlində əla işlədik və hər şey nəzarətimizdə idi. Daha sonra təhlükəsizlik maşını yenə qələbəni məndən almaq istədi, amma bu dəfə olmadı.
Keçən il qələbəy yaxın idim, amma bu dəfə bacardım. Komandam əla işlədi. Həftəsonu ərzində çox işlədilər. Çoxlu mexaniki problemlər yaşasaq da, həll etdilər və buna görə sevincliyəm. İndi isə qələbəni qeyd etmək vaxtıdır”.