F-1.az xatırladır ki, meksikalı sürücü 2013-cü ildə McLaren komandasında bir mövsüm keçirdikdən sonra Force İndia-ya transfer olunmuşdu. 28 yaşlı sürücü son iki mövsümdə 7-ci yeri tutaraq orta qrup komandalarının sürücüləri arasında ən güclü olmuşdu.
Serxio Peres: “Böyük komandaların diqqətini niyə cəlb edə bilmədiyimi anlamıram. Son illərdə çox böyük işlər görmüşəm. Bundan artığını edə bilmərəm. Son iki ildə sürücülər çempionatında 7-ci yeri tutaraq, orta qrupun ən güclüsü oluram. Hülkenberqlə komanda yoldaşı olduğum illərdə onu məğlub edə bilirdim. O peletonun ən güclü sürücülərindəndir. Çempionluq uğrunda mübarizə aparan komandada çıxış etmək istəyirəm. Buna layiqəm”.