S.Peres: Boynum ağrıyırdı

Racing Point komandasının sürücüsü Serxio Peres bildirib ki, başı hərləndiyi üçün Strolldan geri qalıb.

F-1.az xatırladır ki, meksikalı sürücü Strolldan 0.2 saniyə geridə qalaraq, 4-cü olub. Beləliklə Peres ardıcıl ikinci sıralanma turunda komanda yoldaşına uduzub. Lakin Racing Point komandası yarışa ikinci cərgədən başlayacaq.

Serxio Peres: “Komanda üçün yaxşı nəticədir. Lakin mənim fiziki cəhətdən problemlərim oldu. Başım hərlənirdi. Səbəbini bilmirəm, amma iki gündür boynum ağrıyır. Buna görə də trasın bəzi yerlərində başım hərlənirdi. Bunlara baxmayaraq, dördüncü yer yaxşı nəticədir. Yarış üçün səbirsizlənirəm.

Tempimiz yaxşıdır və Medium təkərlərlə start alacağıq. Bu, bizə kömək edə bilər. Podiuma yüksələ bilərik. Yaxşı start və doğru strategiya vacib olacaq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*