F-1.az xatırladır ki, yeni mövsümdə təkərlərin eni 25 faiz artdığı üçün bolidlərin asfaltayatma qüvvəsi çoxalıb və bununla da sürücülərin daha çox yüklənməyə məruz qalacağı gözlənilir. Amma Peres bildirib ki, hər şey əvvəlki kimidir: “Sözün açığı, 2016-cl il bolidi ilə 2017-ci il bolidi arasında fərq hiss etmədim. Məncə, çox şişirtdilər. Qışda lazımi qədər məşq etdik və indi yeni mövsümə hazıram. Həm psixoloji, həm də fiziki cəhətdən”.
Peresin fiziki məşqçisi Çavi Martos da bildirib ki, sürücüsü fiziki cəhətdən güclüdür və bir az arıqlamalıdır…