F-1.az xatırladır ki, meksikalı sürücü Bakıda gözlənilən performansı göstərə bilməyərək, ikinciliyə razı olub.
Serxio Peres: “Komanda üçün çox yaxşı bir dövrdə Montreala gedirik. Bakıdan maksimum xalla ayrılmaq komanda üçün əla idi və bizi hər iki çempionatda rahatlandırdı.
Yarış mənim üçün çox əsəbpozucu idi, amma ən pis gününüzdə ikinci olub, sürətli dövrə vurursunuzsa, buna pis gün demək olmaz. Bolidimiz şəhər tipli traslarda əla işləyir. Kanadada da yaxşı performans göstərib, fərqi artırmaq istəyirik.
Bu həftə ən yaxşı nəticəni qazanmaq üçün mühəndislərimlə birlikdə Bakıdakı yarışı təhlil edəcəm və hər şeyi kompensə etməyə çalışacam.
Kanadaya qayıtdığım üçün sevincliyəm. Bu trası sevirəm və burada güclü maşına sahib olmaq vacibdir. Gözəl yarış olacaq”.