S.Peres: Boliddə potensial var

Red Bull komandasının sürücüsü Serxio Peres bildirib ki, RB18-in yaxşı potensialı var.

F-1.az xatırladır ki, meksikalı sürücü testlərin son günündə nahardan sonra trasa çıxıb və 74 dövrə vurub. O, bolidi həm quru, həm də yaş trasda test edib.

Serxio Peres: “Bolidin potensialı var. Maşının təməli yaxşıdır. Hələ ilk günlərdəyik, amma ümid edirəm ki, Bəhreyndə daha yaxşı addım atarıq. Burada yığdığımız məlumatlarla inkişaf edə bilərik.

Barselona hava temperaturuna görə bizə yaxşı meyar vermir. Buna görə də Bəhreyndəki nəticələr daha dəqiq olacaq. Bolidi maksimum öyrənməyə və adaptasiya olmağa çalışacağıq. Ancaq boliddən razıyam və yaxşı başlamışıq. Bəhreyn üçün daha yaxşı olmağa çalışacağıq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*