S.Peres: Boliddə potensial var

Red Bull komandasının sürücüsü Serxio Peres bildirirb ki, RB16B-nin yaxşı potensialı var.

F-1.az xatırladır ki, meksikalı sürücü yaşadığı problemlərə baxmayaraq, testlərin ikinci günündə 117 dövrə vurub və 1.31.682 zaman nəticəsi ilə 8-ci olub.

Serxio Peres: “Yeni bolidlə sürmək əla idi. Şərait çətin olsa da, yaxşı işlədik və görüləcək işimiz çoxdur. Yaxşı gün idi. Trasın şəraiti çətin olsa da, dünənkindən yaxşı idi. Testlərin sonuncu günündə daha çox vaxtımız olacaq. Təbii ki, vaxt itirmək yaxşı hal deyil. Lakin yaxşı işlədik.

Bolidə artıq öyrəşirəm və bolidin potensialını görürəm. Bunu ortaya çıxarmaq üçün səbirsizlənirəm. Bu komanda ilə işləməkdən həzz alıram və onlara öyrəşirəm. Testlərin son günündə bir neçə dövrə vurmaq üçün səbirsizlənirəm”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*