F-1.az xatırladır ki, meksikalı sürücü sıralanma turunda 13-cü yeri tuta bilib.
Serxio Peres: “13-cü yerə görə sevinmək olmaz. Xüsusən də, yaxşı dövrə vurduğumu düşündüyüm anda belə olması məyus etdi. Bu gün problem yaşamadıq. Sadəcə bolidi təkmilləşdirməliyik. Sözün açığı, bu gün son sessiyaya qalmağı planlaşdırmışdıq, lakin heç nə istədiyimiz kimi olmadı. Deyəsən, asfaltayatma cəhətdən çox zəifik. Amma komandama güvənirəm və növbəti yarışlarda sürətlənəcəyik. Mövsüm uzundur”.