S.Peres: Bir yer itirdiyim üçün şanslıyam

Racing Point komandasının sürücüsü Serxio Peres bildirib ki, Aleks Elbonla təmasdan sonra bir yer itirdiyi üçün şanslıdır.

F-1.az xatırladır ki, meksikalı sürücü Elbonla 4-cü yer uğrunda mübarizə apararkən iki sürücü təmas etmiş və Peresin ön qanadı qırılmışdı. Bundan sonra 6-cı yerdəki Norris son döngədə Racing Point sürücüsünü qabaqlamışdı.

Serxio Peres: “Yaxşı geridönüş etdim. Tempim yaxşı idi. Komanda da əla strategiya seçdi. Geridönüş edərək 17-ci yerdən 5-ci yerə qədər yüksəldik.

Elbonla yaxşı mübarizə apardım. Amma heyif ki, təmas etdik. Bolid öndən sürüşürdü. Sükanı döndərdim və qaza basdım. Daha sonra ön qanad qırıldı. Ondan sonra bir yer itirdiyimçün şanslıyam. Əlimdə bir şans var idi və işə yaramadı.

Keçən yarışdan sonra yaxşı addımlar atdıq. Sözün açığı, bolid çox yenidir və onu öyrənməyə çalışırıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*