S.Peres: Bir neçə dəfə divarla təmas etdim

Meksikalı sürücü sıralanma turunda ikinci olsa da, poulun sahibi Şarl Leklerə 0.3 saniyədən çox uduzub.

F-1.az xəbər verir ki, Peres həlledici cəhdində bir neçə dəfə maşını baryerlərə vurduğunu bildirib.

Serxio Peres: “Sıralanma turunun sonunda həmişə əlindən gələni edirsən. Mən bir neçə dəfə maşını divarlara vurdum və xoşbəxtlikdən heç bir zədə olmadı – bu, böyük əhəmiyyət kəsb edir. Sıralanma turu ideal deyildi, çünki sonda mühərriklə bağl problemlər yaşadım. Həlledici dövrəmi demək olar ki, tək vurdum və heç kim mane olmadı ki, bu da vacib nüanslardan biridir. Sabah uzun yarış var və biz finişə çata biləcəyimizə əmin olmalıyıq. Kiçik bir səhv hər şeyi bitirə bilər”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*