F-1.az xatırladır ki, meksikalı sürücü yarışa 12-ci başlayıb və finişdə bir pillə yüksələrək 11-ci olub.
Serxio Peres: “Bizim üçün şanssız həftəsonu idi. Virtual təhlükəsizlik maşını bizə kömək etmədi. Bəzən belə olur. Xal qazanmağa yaxın idik. Bütün yarış ərzində var qüvvəmlə sürdüm və son dövrələrdə Saynsa çatsam da, keçə bilmədim”.