F-1.az xatırladır ki, meksikalı sürücü son cəhddən əvvəl birinci yerdə olsa da, sonda üçüncülüklə barışmalı olub.
Serxio Peres: “Komanda üçün əla nəticədir. Bunu gözləmirdik. İndi isə xoşbəxtik. Son cəhdimdə bəxtim gətirmədi. Covinatsi önümə çıxdı və çəkilmədi. Buna görə də dövrəm əldən getdi.
Komanda əla işlədi. Sessiya başlayandan güclü idik. Bu gün təkərləri normal temperaturda tutmaq vacib idi. Üçüncü yer ikinci yerdən yaxşıdır. Sabah düzülüşdəki yerlər vacib olacaq”.