F-1.az xatlrladır ki, meksikalı sürücü bugünkü əsas yarışa üçüncü yerdən başlasa da, təhlükəsizlik maşınının köməyi ilə qələbə qazanıb. Beləliklə, Peres dünənki sprint yarışından sonra əsas yarışda da qələbəni bayram edib.
32 yaşlı pilot 34-cü dövrədə səhv edərək bolidin təkərini bariyerlərə sürtüb. Xoşbəxtlikdən maşın zədələnməyib.
Serxio Peres: “Sərt təmas idi. Sağ ön təkər partlamadığı üçün xoşbəxtəm. Bu gün bizim üçün yaxşı keçdi. DRS ilə Maksa təzyiq göstərə bildim. Yarışın əvvəlində təkər yeyilməsi cəhətdən daha yaxşı idim və hər şey gözəl gedirdi.
Daha sonra təhlükəsizlik maşını gəldi və fərqlər azaldı. Hard təkərlərlə başqa bir yarış oldu. İkimiz də yaxın mübarizə apardıq. Bir-birimizi qovarkən divara təmas etdik. Maksın məni təqib etməsi çox çətin olsa da, hər şeyi nəzarətdə saxladım”.
Qeyd edək ki, Peres bu qələbədən sonra Ferstappenlə fərqi 6 xala salıb.